Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb
Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.
Türkiyənin yeni hökumətində Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan xarici işlər naziri, general Yaşar Gülər Milli Müdafiə naziri, İbrahim Kalın isə MİT rəhbəri təyin edilib.
Növbəti 5 il üçün Türkiyənin prezidenti seçilmiş Rəcəb Təyyib Ərdoğan dünən andiçmə mərasimindən sonra keçirdiyi mətbuat konfransında yeni dövrdə prezident köməkçisi və nazir olacaq şəxslərin adlarını açıqlayıb.
Nazirlər Kabinetinin yeni tərkibi belədir:
Prezidentin köməkçisi (Vitse-prezident) - Cevdet Yılmaz
Ədalət naziri - Yılmaz Tunc
Ailə və sosial təminat naziri - Mahinur Özdemir Göktaş
Gənclər və idman naziri - Osman Aşkın Bak
Energetika naziri - Alparslan Bayraqdar
Müdafiə naziri - Yaşar Gülər
Daxili İşlər naziri - Ali Yerlikaya
Xarici İşlər naziri - Hakan Fidan
Maliyyə və Xəzinə naziri - Mehmet Şimşək
Səhiyyə naziri - Fəxrəddin Qoca
Sənaye naziri - Mehmet Fatih Kaçır
Kənd təsərrüfatı və meşə naziri - İbrahim Kumaklu
Mədəniyyət və turizim naziri - Mehmet Ersoy
Ticarət naziri - Ömər Bolat
Təhsil naziri - Yusuf Tekin
Nəqliyyat və infrastruktur naziri - Abdulkadir Uraloğlu
İndiyə qədər Türkiyə prezidentinin sözçüsü vəzifəsini icra edən İbrahim Kalın isə MİT rəhbəri təyin edilib.
Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi olub. Sonra o, çoxsaylı xarici qonaqların iştirak ilə keçirilən mərasimlə Türkiyə prezidentinin səlahiyyətlərinin icrasına başlayıb