Ermənistan Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr QURDU
https://parstoday.ir/azeri/news/west_asia-i3248-ermənistan_səudiyyə_Ərəbistanı_ilə_diplomatik_əlaqələr_qurdu
Ermənistan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin qurulmasıbarədə protokolun imzalandığını bildirib.
(last modified 2023-11-27T07:11:23+00:00 )
Noy 26, 2023 05:14 Asia/Baku
  • Ermənistan  Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr QURDU

Ermənistan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin qurulmasıbarədə protokolun imzalandığını bildirib.

Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.

Aran Radiosu xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki,  əlaqələrin qurulması barədə protokol 24-noyabr Əbu-Dabidə imzalanıb.

İmzaları Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar atıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi səbəbindən Ermənistanın bir neçə onilliklər ərzində bu ölkə ilə diplomatik əlaqələri olmayıb.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində Səudiyyə Ərəbistanı ilə yaxın gələcəkdə diplomatik münasibətlər quracağına ümid etdiyini bildirib.