Qəssam batalyonları Təl-Əvivə raket zərbəsi endirib
Qəssam batalyonları cümə gecəsi Təl-Əvivə və Qəzzaya bitişik sionist yaşayış məntəqələrinə raket zərbələri endirdiyini elan ediblər.
Fələstinin Şahab xəbər agentliyinin məlumatına görə, Qəssam batalyonları sionist rejimin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq Təl-Əvivə və Qəzzaya bitişik sionist yaşayış məntəqələrinə raket zərbəsi endiriblər.
Bu xəbərə əsasən, Qəssamın Təl-Əvivə raket hücumundan sonra işğal olunmuş ərazilərin böyük hissələrində, o cümlədən Qəzza ətrafındakı sionist yaşayış məntəqələri və işğal olunmuş Fələstinin mərkəzindəki Holon şəhərində həyəcan siqnalı çalınıb.
Qəzzada atəşkəs başa çatdıqdan sonra ilk gündə İsrail hərbiçiləri bu zolağın vətəndaşlarına qarşı genişmiqyaslı hücumlarını bərpa edib və 170-dən çox fələstinlini şəhadətə yetiriblər.
Bu cinayətlərə cavab olaraq Fələstin və Livan müqavimət qüvvələri sionist hərbiçilərinin toplaşdığı yerləri hədəfə alıblar.