Qəzzada şəhid olan jurnalistlərin sayı 71-ə çatıb
https://parstoday.ir/azeri/news/west_asia-i3316-qəzzada_şəhid_olan_jurnalistlərin_sayı_71_ə_çatıb
Xəbər mənbələri sionist rejimin Qəzzada yeni təcavüzləri zamanı Əl-Əqsa televiziyasının müxbirinin şəhadətindən xəbər veriblər.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Dek 02, 2023 06:56 Asia/Baku
  • Qəzzada şəhid olan jurnalistlərin sayı 71-ə çatıb

Xəbər mənbələri sionist rejimin Qəzzada yeni təcavüzləri zamanı Əl-Əqsa televiziyasının müxbirinin şəhadətindən xəbər veriblər.

Səma Xəbər Agentliyinin məlumatına görə, Fələstin Dövlətinin İnformasiya İdarəsi cümə günü Əl-Əqsa şəbəkəsinin müxbiri "Abdullah Dərviş"in sionist rejimin Qəzza zolağına təcavüzü zamanı şəhid olduğunu elan edib.

Fələstin Administrasiyasının İnformasiya İdarəsi elan edib: Əl-Əqsa Şəbəkəsinin müxbirinin şəhadəti ilə oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatı başlayandan bu yana jurnalist şəhidlərinin sayı 71 nəfərə çatıb.

Sionist rejim tərəfindən jurnalistlərə və media mənsublarına qarşı sui-qəsd məqsədi həqiqəti gizlətmək və jurnalistləri qorxutmağa çalışmaqdır ki, öz vəzifələrini yerinə yetirməsinlər və Fələstin hekayəsi dərc olunmasın.-Fələstin dövlətinin Qəzzadakı İnformasiya İdarəsi vurğulayıb.

Müvəqqəti atəşkəsin başa çatması ilə sionist rejim cümə günü səhər (1 dekabr) Qəzzada Fələstin xalqına qarşı hücumlarını bərpa edib.