Hakan Fidan İrana gəlir
Türkiyə İranla əlaqələrinə xüsusi önəm verir
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
Əmir-Abdullahiyan iki ölkə arasında sıx əməkdaşılğın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib.
Nazir həmçinin ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İranın baş diplomatı həmçinin iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.
Hakan Fidan isə Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.