Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırıb
https://parstoday.ir/azeri/news/west_asia-i3496-paşinyan_yaxın_vaxtlarda_azərbaycanla_sülh_sazişinin_imzalanmasını_real_adlandırıb
Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.
(last modified 2023-12-16T07:04:01+00:00 )
Dek 14, 2023 07:55 Asia/Baku
  • Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırıb

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.

Aran Radiosu "Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışır və müzakirə edirik”.

Həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər  Parlamentdə çıxışı zamanı deyib Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb.

Ermənistan-Azərbaycan sülhü üçün “fürsət qapısı” açılıb - Yaşar Gülər

“Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək", - deyə Gülər bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Respublikası iki ölkə arasında son vaxtlar imzalanmış sazişə uyğun olaraq hərbi əsirlərin mübadiləsini həyata keçirib.