Həmdan: Netanyahunun məğlubiyyətini elan etməkdən başqa çarəsi yoxdur
(last modified Sat, 16 Dec 2023 10:29:42 GMT )
Dek 16, 2023 14:29 Asia/Baku
  • Həmdan: Netanyahunun məğlubiyyətini elan etməkdən başqa çarəsi yoxdur

HƏMAS hərəkatının liderlərindən biri vurğulayıb ki, baş nazir və İsrail rejiminin döyüş qərargahının məğlubiyyət elan etməkdən başqa çarəsi yoxdur.

HƏMAS-ın siyasi ofisinin üzvü Üsamə Həmdan deyib: “Qəssam Briqadaları vədlərini yerinə yetirdilər və Qəzzəni işğalçılar üçün qəbiristanlığa çevirdilər”.

Onun sözlərinə görə, işğalçı rejim və Bayden hökuməti inadkarlıqlarına görə Qəzzə əhalisinə qarşı qətliamın davam etməsinə görə məsuliyyət daşıyır.

Həmdan sonra qeyd edib: “Müharibədən sonra Qəzzənin gələcəyini düşünməyin. İsrailin gələcəyini düşünün”.

Tunellər məsələsinə gəlincə HƏMAS rəsmisi deyib ki, tunellər təcrübəli mühəndislər tərəfindən tikilib və istənilən təhlükəyə hazırdır.

Teqlər