Türkiyə ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesi tezliklə başlayacaq
Ankara tezliklə Dəməşqlə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi üzərində işə başlayacaq
Ankara tezliklə Dəməşqlə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi üzərində işə başlayacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri bildirib .
Ötən həftə Moskvada Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası ilə bağlı dördtərəfli görüşü keçirilib.
Bu görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər nazirlərinin dördtərəfli görüşünün müsbət və konstruktiv atmosferdə keçdiyini bildirib və deyib: Sammitdə biz bu prosesin tərəfləri kimi Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanmasına dəstəyimizi bir daha vurğuladıq.
Bununla əlaqədar və Sputnik-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha jurnalistlərə deyib: Ankara tezliklə bir komitə yaradıb Suriya ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsini işə salacaq.
“Biz yol xəritəsi hazırlamaq qərarına gəldik, yaxın vaxtlarda Türkiyənin Xarici İşlər Nazirliyində digər idarələrlə birlikdə bir komitə yaradılıb və bu yol xəritəsinin hazırlanması üzərində işlərə başlanacaq”_ deyə Türkiyənin xarici işlər naziri əlavə edib
2011-ci ildə Suriyada daxili müharibənin başlaması ilə eyni vaxtda ondan əvvəl Dəməşqlə yaxın münasibətdə olan Türkiyə hökuməti Suriya prezidenti Bəşər Əsədin müxalifətinin tərəfini tutdu və o vaxtdan iki ölkələ arasında münasibətlər gərgin olaraq qalıb.
Bununla belə, son aylar Türkiyə hakimiyyət orqanları Suriya ilə münasibətləri mərhələli şəkildə normallaşdırmaq üçün addımlar atdığını iddia edib.