İslami Cihad: Avropa İttifaqının bizə qarşı sanksiyası siyasi və Təl-Əvivə dəstək üçündür
(last modified Sat, 20 Jan 2024 09:57:38 GMT )
Yan 20, 2024 13:57 Asia/Baku
  • İslami Cihad: Avropa İttifaqının bizə qarşı sanksiyası siyasi və Təl-Əvivə dəstək üçündür

Fələstin İslami Cihad Hərəkatı cümə günü axşam saatlarında bəyanat yayaraq, Avropa İttifaqının HƏMAS və bu müqavimət qrupuna qarşı sanksiyalarını kəskin şəkildə pisləyib, onu bu birliyin sionist rejimə açıq və aşkar dəstəyi hesab edib.

 

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İslami Cihad Hərəkatı öz bəyanatında qeyd edib ki, bu qərar təəccüblü deyil, baxmayaraq ki, heç bir dəyəri yoxdur və bu hərəkət sionist rejimə tam və açıq dəstəkdir.

İslami Cihad Hərəkatının bəyanatının davamında vurğulanır: “Avropanın bu qərarı onların millətimizə qarşı törətdikləri soyqırımın siyasi örtüyüdür. Bu hərəkət, avropalıların Qəzzə zolağına hücumda sionistlərə verdiyi hərbi dəstək və məlumatdan əlavədir və onlar öz xalqlarının bu müharibəni dərhal dayandırmaq tələbinə məhəl qoymurlar.”

Teqlər