Qəzzada BMT-nin 9 əməkdaşı həlak olub
Yan 25, 2024 06:46 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatı sionist rejimin Qəzzanı bombalaması nəticəsində 9 əməkdaşının həlak olduğunu açıqlayıb.
Qəzza zolağının cənubundakı Xan Yunisdə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin binasının atəşə tutulması nəticəsində 9 nəfər ölüb, 75 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, “Xan Yunis təhsil mərkəzinə hücum zamanı 800 nəfərin olduğu binaya iki tank mərmisi düşüb. 9 ölü və 75 yaralı var”.
Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərq üzrə direktoru 10 min köçkünün sığındığı Xan Yunisdəki mərkəzə növbəti hücumun edildiyini bildirmişdi.