“Ərdoğan” Azərbaycan Respublikasına səfər edəcək
https://parstoday.ir/azeri/news/west_asia-i422-Ərdoğan_azərbaycan_respublikasına_səfər_edəcək
Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat yayıb
(last modified 2023-06-11T03:54:45+00:00 )
İyun 10, 2023 08:08 Asia/Baku
  • “Ərdoğan” Azərbaycan Respublikasına səfər edəcək

Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat yayıb

Ərdoğan iyunun 12-də Şimali Kipr Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.

Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, İlham Əliyev ilə görüşəcəyi bildirilir.