“Ərdoğan” Azərbaycan Respublikasına səfər edəcək
İyun 10, 2023 08:08 Asia/Baku
Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat yayıb
Ərdoğan iyunun 12-də Şimali Kipr Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.
Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, İlham Əliyev ilə görüşəcəyi bildirilir.