Qalib gələrəmsə, on milyon qanunsuz mühaciri ölkədən çıxaracağam
(last modified Thu, 18 May 2023 15:05:36 GMT )
May 18, 2023 19:05 Asia/Baku
  • Qalib gələrəmsə, on milyon qanunsuz mühaciri ölkədən çıxaracağam

Türkiyə prezident seçkilərinə namizəd və Cümhuriyyət Xalq Partiyasının lideri xəbərdarlıq edibdir ki, əgər bu ölkənin hazırkı prezidenti seçkilərin ikinci turunda qalib gələrsə, daha iyirmi milyon qanunsuz mühaciri ölkəyə daxil edəcək

Ərdoğan hökumətinin miqrasiya siyasətini tənqid edən Kamal Kılıçdaroğlu bu sözləri qanunsuz miqrantların Türkiyəyə girişi ilə müxalif olanların və millətçilərin səslərini qazanmaq üzrə səydə söyləyib.

Cümhuriyyət Xalq Partiyasının lideri bir video-mesajda həmçinin Ərdoğanın hakimiyyətdə olmasının davam etməsilə qanunsuz miqrantların sayının otuz milyon nəfərə çata bilməsi barədə xəbərdarlıq edib.

Biz vətənimizi on milyon qanunsuz mühacirin aramızda olmasına icazə verən düşüncəyə buraxmayacağıq. Vətənlərini sevən kəslər seçki məntəqələrinə gəlsinlər