Makron Qəzzədə atəşkəs istəyib
(last modified Sat, 24 Feb 2024 10:08:27 GMT )
Fev 24, 2024 14:08 Asia/Baku
  • Makron Qəzzədə atəşkəs istəyib

Fransa prezident administrasiyası bildiribdir ki, bu ölkənin prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə Qəzzə müharibəsi barədə söhbət edib.

 

Bu bəyanata əsasən, Makron həmin telefon danışığında Qəzzədə atəşkəs zərurətinə təkid edib və İsrail rejiminin Rəfəhə hücumuna qarşı çıxıb.

Makron və Bayden Qəzzəyə humanitar yardımların daxil olmasına əmin olmaq üzrə təcili ehtiyaca təkid ediblər. Onlar həmçinin iki tərəfin/ döyüşlərin regiona, xüsusən Livana yayılmasının qarşısının alınması üzrə birgə əzmkarlığını qeyd ediblər.

Bu telefon əlaqəsi/ Amerikanın Qəzzədə atəşkəs istəyən Əlcəzairin təklif etdiyi qətnamə layihəsinə veto qoymasından bir neçə gün sonra qurulub. Amerikanın veto qoymasının fonunda qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının on üç üzvü onun lehinə və təkcə İngiltərə bitərəf səs vermişdilər.

Amerika/ Təhlükəsizlik Şurasında səsə qoyulmaq üçün başqa bir qətnamə layihəsini təklif edib. Bu layihə şərh edilməli olan bir ifadə ilə: “real ola biləcək tez bir zamanda/ Qəzzədə müvəqqəti atəşkəs”in bərqərar edilməsini istəyir.

Amerika Qəzzə savaşının başlandığı zamandan bəri İsrail rejiminin ən əsas hamisi olub və indiyədək üç dəfə BMT Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəs üzrə qətnamələrini veto edib

Teqlər