Türkiyənin yeni xarici işlər naziri ilk dəfə beynəlxalq bir tədbirə qoşulub
Hakan Fidan xarici işlər naziri qismində ilk dəfə beynəlxalq bir tədbirə Bakıdan qatılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla birlikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDƏT) 46-cı iclasına qatılıb.
Azərbaycan kütləvi informasiya mənbələrinə istinadən bu barədə Azərbaycan Respublikasi XİN-dən bildirilib.
Hakan Fidan xarici işlər naziri qismində ilk dəfə beynəlxalq tədbirə Bakıdan qoşulub.
Qeyd edək ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının paytaxtı Bakıya rəsmi və diplomatik səfər edib.
Azərbaycan Respublikası və Şimali Kipr Ərdoğanın Türkiyə prezident seçkilərində qalib gəldikdən sonra ənənəvi olaraq səfər etdiyi iki xarici ölkədir. Ərdoğan Azərbaycan Respublikasından əvvəl Şimali Kipr Türk Respublikasına getmişdi.
Məlumat üçün qeyd edək ki, QDƏT-ı Qara dəniz regionunda əməkdaşlığı, sülhü, sabitliyi və rifahı gücləndirmək məqsədi daşıyan beynəlxalq regional iqtisadi təşkilatdır və 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin imzalanması ilə yaranmışdır.
İsna-nın verdiyi məlumata görə, ötən il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi “İran və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı” konfransında İranın bu təşkilatla ən fəal əməkdaşlığa malik olduğunu açıqlamışdı.
İranın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə ticarət, bankçılıq, maliyyə, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və turizm kimi sahələrdə əməkdaşlıq edir.