Fransa Ermənistana zirehli texnikalar göndərir
https://parstoday.ir/azeri/news/west_asia-i532-fransa_ermənistana_zirehli_texnikalar_göndərir
Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək
(last modified 2023-06-17T07:17:25+00:00 )
İyun 15, 2023 09:21 Asia/Baku
  • Fransa Ermənistana zirehli texnikalar göndərir

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək.

 bu barədə "Sputnik Armeniya" nəşri Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuisa istinadən məlumat yayıb.

Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır.

Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.

 Nəşr qeyd edir ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.

 İsrail, Ukrayna və Azərbaycan Fransanın bu qərarından narahatdır.

Qeyd etmək lazımdır ki, Ukrayna və Fransa Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflətmək üçün daha çox sanksiyalar vasitəsilə Rusiyaya qarşı kollektiv təzyiqi artırmaq zərurəti ilə bağlı həmfikirdirlər.

Bundan əvvəl Fransa hakimiyyəti bəyanat yayaraq, Parisin Ukraynaya onlarla yüngül tank və digər zirehli texnika göndərəcəyini və ölkə əsgərlərinin səmərəli istifadəsi üçün lazımi təlimlərin keçəcəyini vəd etdiyini açıqlamışdı.