İki min kilometr qət etdikdən sonra Tel-Əvivin ürəyini vuran raket - "Davud sapandı" və "Arrow"-un uğursuzluğu
(last modified Sun, 15 Sep 2024 11:03:30 GMT )
Sen 15, 2024 15:03 Asia/Baku
  • İki min kilometr qət etdikdən sonra Tel-Əvivin ürəyini vuran raket -

Yəmənlilərin bu səhər Tel-Əvivə etdiyi raket hücumu, qorxmuş sionistlərin sığınacaqlara girməsinə və bu hücumda 9 nəfərin yaralanmasına səbəb olmaqla yanaşı, işğalçıların müdafiə sistemlərinin uğursuzluğunu bir daha nümayiş etdirdi.

 

İRNA-nın bazar günü əl-Məsirə kanalına istinadən verdiyi xəbərə görə, sionist rejimin mediası Yəmənin bu səhər Tel-Əvivə raket hücumu etdiyini və bu rejimin müdafiə sistemlərinin uğursuzluğu barədə məlumat yayıb.

Bu raket hücumundan sonra kütləvi yanğınlar baş verib.

Sionist rejimin mediası Yəmən raketinin çox güclü və səsdən sürətli olduğunu və bütün müdafiə sədlərindən keçərək Ben-Qorion hava limanı yaxınlığındakı “Əl-Lad” hərbi bölgəsini vurduğunu bəyan edib.

Sionist rejimin səhiyyə mənbələri Yəmənin Tel-Əvivin şərqinə raket hücumu nəticəsində 9 sionistin sığınacağa qaçarkən yaralandığını bildirib.

Teqlər