Hizbullah sionist rejimə aman vermir
(last modified Mon, 16 Sep 2024 16:35:46 GMT )
Sen 16, 2024 20:35 Asia/Baku
  • Hizbullah sionist rejimə aman vermir

“Maariv” sionist nəşri yazıb ki, Hizbullah nəinki İsrailin hücumları qarşısnda təslim olmadı, bəlkə İsrail ordusunu çıxılmaz bir vəziyyətə də salıb. Hizbullah həftəsonu tətil günlərində Hatsur, Safed, Rəs Naqure, Amyad, Xukuk, Kərkərm şəhərlərini çoxlu sayda raketlə hədəfə alıb.

 

Bu sionist qəzeti yazıb ki, Hizbullahın son raket həmləsi göstərdi ki, İsrailin daha 100 min qəsəbə sakini Hizbullahın hədəf siyahısına əlavə edilib.

Bu hücumla bağlı  Hizbullah ötən gün bəyanat verərək elan edib ki, “Ramya” hərbi bazasının radar-axtarış sistemləri dəqiq raketlə hədəfə alınaraq məhv edilib.

Livan Müqavimət Hərəkatı başqa bir əməliyyatda Şalomi qəsəbəsində sionist hərbiçilərin yerləşdiyi yerdə bir neçə evi hədəfə alıb.

Bu hadisə baş verən vaxt sionist medialar Hizbullahın Şalomi qəsəbəsinə etdiyi raket hücumu nəticəsində çıxan yanğınların görüntülərini yayımlayıb.