Xalid Məşəl ABŞ və İsrailin Qəzzəni idarə etmək təkliflərini rədd edib: HƏMAS üstünlükdədir
(last modified Tue, 17 Sep 2024 13:26:36 GMT )
Sen 17, 2024 17:26 Asia/Baku
  • Xalid Məşəl ABŞ və İsrailin Qəzzəni idarə etmək təkliflərini rədd edib: HƏMAS üstünlükdədir

HƏMAS-ın xaricdəki rəhbəri bu hərəkatın Qəzzə zolağında hələ də üstünlükdə olduğunu vurğulayaraq bildirib ki, HƏMAS ABŞ və sionist rejimin Qəzzə zolağının idarə olunması təkliflərinin əleyhinədir.

 

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xaricdəki rəhbəri Xalid Məşəl “New York Times” qəzetinə müsahibəsində deyib: “Qəzzə zolağında HƏMAS üstünlükdədir. Bu hərəkat möhkəm dayanmışdır və İsrail ordusunu tükənmiş vəziyyətə salmışdır.”

Xalid Məşəl vurğulayıb: “HƏMAS Qəzzə zolağını tərk etməyəcək və HƏMAS rəsmiləri hər qiymətə İsraillə atəşkəs əldə etməyə tələsmirlər. Biz Amerika və İsrailin Qəzzəni HƏMAS olmadan idarə etmək təkliflərini rədd edirik.”

Teqlər