Yəmənin Ənsarullah hərəkatı Amerika və İngiltərənin sionistlərə qarşı hücumların dayandırılması təklifinə qarşıdır
(last modified Tue, 17 Sep 2024 13:30:04 GMT )
Sen 17, 2024 17:30 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatı Amerika və İngiltərənin sionistlərə qarşı hücumların dayandırılması təklifinə qarşıdır

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü açıqlamasında bildirib ki, bu hərəkat ABŞ və İngiltərənin Səna hökumətinin tanınması müqabilində onlara və sionist rejimə qarşı hücumları dayandırmaq təklifinə qarşı çıxıb.

 

Məhəmməd Əl-Buxəyti deyib: Amerika və İngiltərə vasitəçilər yolu ilə bizə təklif etdilər ki, hücumlarımızı dayandırmaq müqabilində Sənadakı hökumətimizi tanıyacaqlar və biz qəbul etmədik. 

Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə xalqına dəstək olaraq Qırmızı dəniz, Hind okeanı və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən sionist rejimin bir neçə gəmisini və ya bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıblar. 

Teqlər