İsrail Hizbullahın raket hücumu qarşısında məğlub olub
(last modified Sat, 21 Sep 2024 16:45:58 GMT )
Sen 21, 2024 20:45 Asia/Baku
  • İsrail Hizbullahın raket hücumu qarşısında məğlub olub

Liberman: "İsrail Hizbullah raketlərinə qarşılıq verə bilmir" Sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman açıqlamasında deyib ki, İsrailordusu (rejimi) Hizbullahın raketləri qarşısında məğlub olub.

 

" İsrailin şimalının yüzlərlə raket və pilotsuz təyyarə ilə vurulması Netanyahu kabinetinin Hizbullahla mübarizə apara bilməməsini göstərir"-deyə Liberman "X" sosial şəbəkəsindəki yazıb.

O paylaşımında əlavə edib ki, şimal cəbhəsində baş verənlər Netanyahu kabinetinin öhdəsindən gələ bilməyəcək həddə çatıb.

"Bu kabinet öz işini davam etməyə gücü çatmır"- deyən Liberman xunta rejim kabinetini tənqid atəşinə tutub.

Bu arada sionist rejim televiziyasının 12-ci kanalı da ötən cümə günü Livan istiqamətindən sionist yaşayış məntəqələrinə doğru yüzdən çox raket atıldığını elan edib.

Qeyd edəki ki, Hizbullah Fələstinin işğal altındakı şimal ərazilərdə sionist rejim təcavüzü əleyhinə apardığı əməliyyatların başladığı gündən bölgədəki çoxlu sayda sionist mühacirlər evlərini tərk edib.

Digər tərəfdən, Livan Hizbullahının Qəzzənin müdafiəsi uğrunda xunta rejiminin bütün sahələrinə, o cümlədən rejim iqtisadiyyatına, sənaye və maliyyə sektoru kimi həyati əhəmiyyət kəsb edən sektorlara ağır zərbələr vurub.

Teqlər