Quterreş:"İsrailin əməliyyatları görünməmiş ölüm və dağıntılar törədib"
(last modified Mon, 23 Sep 2024 08:08:07 GMT )
Sen 23, 2024 12:08 Asia/Baku
  • Quterreş:

"İsrailin əməliyyatları görünməmiş ölüm və dağıntılara səbəb olub"

 

 Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib

 İsrail rejiminin Qəzzədə apardığı əməliyyatların indiyədək görünməmiş ölüm və dağıntıların yaranmasına səbəb olduğunu və bundan dərin narahat qaldığını bildirən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bölgədə eskalasiyanın artması ilə bağlı xəbərdarlıq edib.

"CNN" telekanalının efirində BMT-nin baş katibi Antonio Quterreş İsrail rejiminin Livanda törətdiyi terror hadisəsinə də toxunub.

"Belə cihazların olması faktı göstərir ki, daha ciddi eskalasiya ehtimalı var və məni narahat edən Livanın yeni Qəzzəyə çevrilməsi ehtimalıdır ki, fikrimcə, bu bütün dünya üçün dəhşətli faciə olacaq"- deyə Quterreş əlavə edib

Teqlər