İraq müqavimət qüvvələri PUA-larla işğal olunmuş ərazilərdəki Qolani briqadasının bazasına hücum edib
(last modified Mon, 23 Sep 2024 08:15:45 GMT )
Sen 23, 2024 12:15 Asia/Baku
  • İraq müqavimət qüvvələri PUA-larla işğal olunmuş ərazilərdəki Qolani briqadasının bazasına hücum edib

İraqın İslami Müqavimət Təşkilatı bir bəyanatda işğal altındakı Colandakı Qolani Briqadasının havadan müşahidə və nəzarət qərargahına PUA ilə hücum etdiyini bildirib.

 

İraq İslami Müqaviməti bu bəyanatında elan edib ki, bu hərəkatın işğalçılarla mübarizədə və Qəzzə xalqına yardımda yanaşmasının davamı olaraq və sionist rejimin fələstinli qadın, uşaq və qocalara qarşı törətdiyi cinayətlərə cavab olaraq, bu səhər (bazar ertəsi) işğal olunmuş ərazilərdə Qolani Briqadasının havadan müşahidə və nəzarət qərargahına PUA ilə hücum edib. 

İraq İslami Müqaviməti bu bəyanatda sionist düşmənin mövqelərinə hücumların davam etdiriləcəyini vurğulayıb.

Teqlər