Qərb sahilində sionist rejimin kvadkopteri vurulub
(last modified Sun, 02 Jul 2023 18:41:27 GMT )
İyul 02, 2023 22:41 Asia/Baku
  • Qərb sahilində sionist rejimin kvadkopteri vurulub

Fələstin müqaviməti görüntülər yayaraq, İordan çayının qərb sahilində sionist rejimə məxsus kvadkopterin vurulduğunu açıqlayıb. Bu kvadkopter Cenin düşərgəsini çəkirmiş.

 

Fələstinin yerli mediasının məlumatına görə, sionist rejimin bu pilotsuz təyyarəsi Cenin düşərgəsi üzərində alçaq hündürlükdə patrul edib, çəkiliş aparırmış ki, hədəfə alınıb və Fələstin müqaviməti onu ələ keçirib.

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan "Səraya Əl-Qüds", bu qruplaşmaya bağlı "Cenin Briqadası"nın Cenin düşərgəsi üzərində bu kvadrokopteri vurmağa müvəffəq olduğunu açıqlayıb. Əməliyyatın daha ətraflı təfərrüatları tez bir zamanda açıqlanacaq.

İordan çayının qərb sahilində Fələstin müqavimətinin güclənməsi bu günlərdə sionist işğalçı rejimin kabuslarından birinə çevrilib. İndiyədək dəfələrlə sionist rejimin casus pilotsuz təyyarələri Fələstin şəhərlərinə hücum edərkən, hədəfə alınıb və məhv edilib. Hansı ki, ən sonuncu, iyunun 8-də "Cenin Briqadası" tərəfindən sionist rejimin kvadkopterinin Cenin düşərgəsi üzərində vurulması olub.

Teqlər