Ərdoğan Türkiyənin Rusiya və Ukrayna ilə bağlı mövqeyini şərh edib
https://parstoday.ir/azeri/news/west_asia-i980-Ərdoğan_türkiyənin_rusiya_və_ukrayna_ilə_bağlı_mövqeyini_şərh_edib
Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsində iki ölkəyə qarşı mövqeyini “balanslı” adlandırıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
İyul 09, 2023 05:07 Asia/Baku
  • Ərdoğan Türkiyənin Rusiya və Ukrayna ilə bağlı mövqeyini şərh edib

Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsində iki ölkəyə qarşı mövqeyini “balanslı” adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib. Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasını dəstəkləyib.

Rusların bu tələbin reallaşmasına qəti şəkildə qarşı çıxdığı bir vaxtda, Amerika və Almaniya isə Ukraynanın Rusiya ilə müharibəsi həll olunmamış Ukraynanın NATO-ya üzvlüyünü problem yaradan mövzü adlandırırlar.

Belə bir vəziyyətdə Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukrayna və Rusiyaya qarşı siyasətini “balanslı” adlandırıb.

Anadolu xəbər agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, Ankara Türkiyənin Ukrayna ilə münasibətlərini gücləndirsə də, Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək.İki ölkə liderləri ilə təmasların davam etdirilməsinə toxunan Ərdoğan iddia edib: Ankaranın Rusiya və Ukrayna arasında müharibəyə münasibətdə mövqeyi “ədalətli və balanslıdır”.

Qeyd edək ki,ötən gün Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün mümkünlüyünü istisna etməsə də, “hələlik dəqiq vaxt təyin edilməyib” deyib.

Cümə günü Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. O, səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. 3 saata yaxın davam edən görüşdə iki ölkə arasında münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.