Türkiyə və Amerika xarici işlər nazirləri Ukraynadan və NATO-dan danışdı
https://parstoday.ir/azeri/news/west_asia-i984-türkiyə_və_amerika_xarici_işlər_nazirləri_ukraynadan_və_nato_dan_danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken telefon danışığında NATO-nun genişlənməsi, Ukraynadakı müharibə və Suriyaya necə kömək etmək barədə söhbət ediblər .
(last modified 2023-07-10T07:22:31+00:00 )
İyul 09, 2023 08:48 Asia/Baku
  • Türkiyə və Amerika xarici işlər nazirləri Ukraynadan və NATO-dan danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken telefon danışığında NATO-nun genişlənməsi, Ukraynadakı müharibə və Suriyaya necə kömək etmək barədə söhbət ediblər .

Anadolu agentliyinin məlumatına görə, “Fidan” və “Blinken” arasında dünənki söhbətin mövzuları arasında Ukrayna ilə bağlı məsələlər və NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) liderlərinin gələcək görüşü olub. Tərəflər BMT-nin Suriyaya iki ölkənin sərhədindən humanitar yardım göndərilməsi mexanizminin uzadılmasını da müzakirə ediblər.

Türkiyənin xarici işlər naziri kanadalı həmkarı “Melanie Joly” ilə də NATO-nun genişləndirilməsi və ikitərəfli münasibətləri müzakirə edib.

Türkiyə İsveçin NATO-ya üzv olmasına qarşıdır. İsveçdə Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərinin sərbəst fəaliyyət göstərməsi və bu ölkədə Qurani-Kərimin dəfələrlə təhqir olunması Ankaranın Stokholmun tələbinə qarşı çıxmasına səbəb olduğu bildirilir .

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, ən yaxşı qərar NATO-nun qarşıdan gələn sammitində üzvlərlə  İsveçin NATO-ya daxil olması məsələsi müzakirə etdikdən sonra veriləcək.

İyulun 11 və 12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun 74-cü Sammitinin keçirilməsi planlaşdırılır.