-
HƏMAS: Məcburi aclıq sionist əsirlərə də təsir edib
Avq 04, 2025 09:46Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü İzzət ər-Rişq verdiyi açıqlamada məcburi aclığın indi sionist əsirlərə də təsir etdiyini vurğulayaraq, İsrailin baş naziri Binyamin Netanyahu və kabinetinin Qəzzədə sionist əsirlərin aclıqdan ölməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.
-
Əl-Əqsa məscidinə hücum – 2 milyard müsəlmanın hissləri təhqir edildi
Avq 03, 2025 20:31Fələstin Mücahidləri Hərəkatı, bu gün sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə etdiyi hücumu, iki milyard müsəlmanın dini hisslərinin təhqir olunması və işğalçıların bu müqəddəs məkanı yəhudiləşdirmək planlarının davamı kimi dəyərləndirib.
-
Tunisdə Ənnahda lideri Qəzza xalqı ilə həmrəylik üçün həbsxanada aclıq aksiyasına başlayıb
Avq 02, 2025 14:25Ənnahda hərəkatının lideri və Tunis Nümayəndələr Palatasının keçmiş spikeri Raşid Qanuşi Qəzza xalqı ilə həmrəylik məqsədilə həbsxanada aclıq aksiyasına başlayıb.
-
Suriyada xalq sionist rejimin müdaxiləsinə etiraz etdi və ölkənin müvəqqəti hökumətinə qarşı hiddətini bildirdi
Avq 02, 2025 14:05Dəraa və Dəməşq ətrafındakı bölgələrdə İsrail rejiminin Suriyanın daxili işlərinə müdaxiləsinə etiraz olaraq aksiyalar keçirilib. Eyni zamanda, Süveyda şəhərində baş verən son hadisələrdən sonra nümayişçilər Dəməşq rejiminə qarşı şüarlar səsləndiriblər.
-
BMT: Son iki gün ərzində Qəzzada ərzaq paylama mərkəzlərində 100-dən çox insan həlak olub
Avq 02, 2025 11:08BMT Baş katibinin müavini və təşkilatın sözçüsü Fərhan Haq yerli vaxtla cümə günü jurnalistlərə açıqlamasında bildirib: “BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) Qəzzə ilə bağlı hesabatlara istinad edərək bildirir ki, insanların çoxu hələ də ərzaq axtarışı zamanı öldürülür və ya yaralanır. İnsan hüquqları sahəsində çalışan həmkarlarımızın məlumatına görə, təkcə son iki gün ərzində 100-dən çox insan ərzaq karvanlarının keçdiyi marşrutlarda və ya İsrailin hərbi paylama mərkəzlərinin y
-
Qəzzada insan haqlarının pozulması və təcavüz beynəlxalq toplantıların gündəliyinə salınmalıdır
İyul 31, 2025 23:07İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Parlamentlərarası İttifaqın (IPU) sədri ilə görüşündə bildirib: Beynəlxalq toplantılarda insan haqlarının pozulması ilə bağlı məsələlərə ciddi diqqət yetirilməsi gözlənilir.
-
Qərb Qəzza müharibəsi ilə bağlı məsələlərdə ikili standartlar nümayiş etdirir / İnsan haqları və humanitar məsələlər mədəniyyətimizdə mühüm yer tutur
İyul 31, 2025 10:59İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Finlandiyadan olan həmkarı ilə görüşdə bildirmişdir ki, insan haqları, ədalət və humanitar məsələlər İran mədəniyyəti və sivilizasiyasında önəmli yer tutur. O vurğulayıb: Qərb Qəzza müharibəsi ilə bağlı məsələlərdə ikili standartlar sərgiləyir.
-
Fransız deputat: Fələstinin tam azadlığı mütləqdir
İyul 26, 2025 17:07Parisin İsrailin güclü müqaviməti ilə qarşılanan müstəqil Fələstin dövlətini tanımaq qərarını açıqlaması ilə yanaşı, fransız parlamentari Fələstinin tam azad edilməsinin qaçılmaz olduğunu və rejimin onun həyata keçirilməsinə mane ola bilməyəcəyini vurğulayıb.
-
Yəmənin Ali Siyasi Şurasının katibi: Regiondakı problemlərin həll yolu sionist rejimin məhv edilməsidir
İyul 26, 2025 10:38Yəmənin Ali Siyasi Şurasının katibi Yasir əl-Huri bəyan edib ki, xalqımız yalnız Qəzza zolağı xalqına dəstək əməliyyatlarının nəticələrindən qorxmur, əksinə, bu əməliyyatların artırılması və daha da gücləndirilməsi üzərində düşünür. O vurğulayıb: Regiondakı problemlərin əsl həlli – sionist rejimin məhv edilməsidir.
-
Yerli və beynəlxalq təşkilatlar Qəzzada aclıq və qida çatışmazlığı səbəbindən uşaqların tədricən öldüyü barədə xəbərdarlıq edir
İyul 24, 2025 19:03Qəzza zolağında humanitar böhranın artmaqda davam etdiyi bir vaxtda yerli və beynəlxalq təşkilatlar aclıq və ağır qida çatışmazlığı səbəbindən uşaq və körpələrin tədricən ölməsi barədə xəbərdarlıq ediblər.