Şəhid Seyid Həsən Nəsrullah – Azad insanların qəlbində yaşayan bir lider
https://parstoday.ir/azeri/news/west_asia-i12728-Şəhid_seyid_həsən_nəsrullah_azad_insanların_qəlbində_yaşayan_bir_lider
Fələstin Müqavimət Komitələri, Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin birinci ildönümü ərəfəsində bəyan edib: Bu böyük şəhid, ərəb və islam dünyasının izzət və ləyaqətinin həqiqi siması idi və bu gün bütün azad insanların qəlbində yer alıb.
(last modified 2025-09-29T10:36:08+00:00 )
Sen 28, 2025 14:56 Asia/Baku
  • Şəhid Seyid Həsən Nəsrullah – Azad insanların qəlbində yaşayan bir lider

Fələstin Müqavimət Komitələri, Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin birinci ildönümü ərəfəsində bəyan edib: Bu böyük şəhid, ərəb və islam dünyasının izzət və ləyaqətinin həqiqi siması idi və bu gün bütün azad insanların qəlbində yer alıb.

Bəyanatda vurğulanır: Bu böyük İslam Rəhbəri – şəhid Seyid Həsən Nəsrullah – cismani olaraq dünyanı tərk etsə də, mənəvi baxımdan bütün azad insanların, müqavimət döyüşçülərinin və islam ümmətinin ləyaqətli övladlarının qəlbində yaşayır və onlara öyrədir ki, əgər bir şəxs Allah yolunda və islam ümmətinin əsas idealı – Fələstin uğrunda qan verərsə, o yeni İslam tarix yazan mürəkkəbə və qələmə çevrilir.Bəyanatda daha qeyd olunur ki, bu ilhamverici lider azad insanların qəlbində daim yaşayacaq və onun xatirəsi bir daha sübut edəcək ki, Allah yolunda edilən fədakarlıqlar hər növ söz və ifadədən uca və dəyərlidir. Hər kim özünü dini, Qüds, Fələstin, Qəzza və onun xalqı uğrunda fəda edirsə, əbədiyaşar olacaq – hətta fiziki belə olaraq aramızda olmasa belə.