-
Qəssam Briqadalarının sözçüsü bir neçə sionist əsirin ölüb və yaralandığını bildirib
Avq 12, 2024 17:43Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə məlumat verib: “İki ayrı insidentdə düşmən əsirlərinin qorunmasına cavabdeh olan iki nəfər sionist əsirə atəş açıb və o, dərhal ölüb. Digər insidentdə isə iki əsir qadın ağır yaralanıb və onların xilas edilməsi istiqamətində işlər davam etdirilir.”
-
Hizbullah: Düşmən İsrailin qərargahını onlarla raketlə hədəfə aldıq
Avq 12, 2024 11:10Livanın İslami Müqaviməti bazar ertəsi səhər saatlarında elan edib ki, sionist hərbçilərin işğal olunmuş Fələstinin şimalındakı qərargahlarından birini onlarla raketlə hədəfə alıb.
-
Oman, Qətər və BƏƏ İsrailin Qəzzədə Tabein məktəbinə vəhşi hücumunu pisləyib
Avq 10, 2024 22:06Oman, Qətər və BƏƏ xarici işlər nazirlikləri sionist rejimin Qəzzə zolağında məktəbə sığınan qaçqınlara qarşı cinayətkar hücumunu kəskin şəkildə pisləyib.
-
Qəzza İnformasiya Ofisi: Əd-Dərc məhəllə məktəbində törədilmiş cinayətin məsuliyyəti Amerika və İsrailin üzərinə düşür
Avq 10, 2024 08:04Fələstin hökumətinin Qəzzadakı informasiya ofisi şənbə günü səhər tezdən sionist rejimin Qəzzanın Əd-Dərc məhəlləsindəki məktəbə hava hücumu nəticəsində 100-dən çox insanın şəhadətinə cavab olaraq, bu dəhşətli cinayətin məsuliyyətinin ABŞ və sionist rejimin üzərinə düşdüyünü açıqlayıb.
-
Türkiyənin XİN rəhbəri açıqlama verib
Avq 09, 2024 17:20Hakan Fidan: Qərb dəhşətli ikiüzlülük nümayiş etdirir
-
Yəmənlilərin milyonluq iştirakı ilə Qəzzəyə dəstək aksiyası keçirilib
Avq 09, 2024 16:30Yəmən xalqı aksiya keçirməklə, Qəzzədə məzlum Fələstin xalqına dəstəyini bir daha elan edib.
-
Hakan Fidan: Qərb dəhşətli ikiüzlülük nümayiş etdirir
Avq 09, 2024 16:16Türkiyə XİN rəhbəri bildirib ki, Ukraynada müqavimət göstərmək və Fələstindəki işğalçılara qeyd-şərtsiz dəstək vermək ikiüzlülükdür.
-
Sionist rejim tərəfindən 690 fələstinli uşaq həbs edilib
Avq 08, 2024 09:40Fələstinli Əsir və Azad Edilənlərin İşlərini Araşdırma Təşkilatı bir hesabatda bildirib ki, sionist rejim Qəzzəyə hərbi təcavüzün başlanğıcından bu yana 690 fələstinli uşağı həbs edib.
-
BMT İsrail həbsxanalarında fələstinli məhbusların hüquqlarının pozulmasını araşdırmağa çağırıb
Avq 08, 2024 07:58Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı sistematik işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı xəbərlərə görə hərtərəfli təhqiqat və cavabdehlik tələb edib.
-
Yəmən Qırmızı dənizdə 3 hərbi əməliyyat keçirib
Avq 07, 2024 19:19Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qırmızı dənizdə üç hərbi əməliyyat keçirdiklərini, 1 gəmi və 2 Amerika esminesini hədəfə aldıqlarını açıqlayıb.