Hizbullah: Düşmən İsrailin qərargahını onlarla raketlə hədəfə aldıq
https://parstoday.ir/azeri/news/west_asia-i7006-hizbullah_düşmən_İsrailin_qərargahını_onlarla_raketlə_hədəfə_aldıq
Livanın İslami Müqaviməti bazar ertəsi səhər saatlarında elan edib ki, sionist hərbçilərin işğal olunmuş Fələstinin şimalındakı qərargahlarından birini onlarla raketlə hədəfə alıb.
(last modified 2024-08-13T07:52:49+00:00 )
Avq 12, 2024 11:10 Asia/Baku
  • Hizbullah: Düşmən İsrailin qərargahını onlarla raketlə hədəfə aldıq

Livanın İslami Müqaviməti bazar ertəsi səhər saatlarında elan edib ki, sionist hərbçilərin işğal olunmuş Fələstinin şimalındakı qərargahlarından birini onlarla raketlə hədəfə alıb.

 

Livan İslami Müqavimətinin bəyanatında deyilir: Biz düşmən İsrailin Livanın cənub kəndlərinə hücumlarına cavab olaraq Catundakı 146-cı diviziyanın yeni yaradılmış qərargahını Katyuşa raketləri ilə hədəfə aldıq.

Bundan əvvəl sionist rejim mediası Livandan işğal olunmuş Fələstinin şimalındakı sionist yaşayış məntəqələrinə 30-dan çox raket atıldığını bildirib.