BRİKS ölkələrinin gəncləri beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Fev 28, 2025 11:05 Asia/Baku
BRİKS və BRİKS Plus üzvləri də daxil olmaqla, 45 ölkədən yüzdən çox gənc onlayn görüşdə diplomatiya və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıblar.
Tədbir onlayn formatda “İnterYes! 5.0” Beynəlxalq İctimai Diplomatiya Forumu çərçivəsində keçirilib.
Bu onlayn konfransda gənclər beynəlxalq arenada qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əsas mexanizmlərini müzakirə ediblər.
Bu forumun iştirakçıları BRİKS ölkələrinin gənclər icmaları arasında əlaqələrin möhkəmləndirilməsi yollarını araşdırmaqdan əlavə, xalq diplomatiyasının uğurlu nümunələri ilə tanış olublar.
Teqlər