"Ermənistanın üzərinə birtərəfli öhdəlik qoyulmayıb"
(last modified Thu, 27 Mar 2025 07:46:22 GMT )
Mart 27, 2025 11:46 Asia/Baku

Erməniatanın baş naziri bəyan edib ki Azərbaycanla sülh sazişi layihəsində yalnız Ermənistanın üzərinə öhdəliklər qoyan heç bir bənd yoxdur.

 

Nikol Paşinyan deyib: "Azərbaycanla sülh sazişi layihəsində Ermənistana öhdəlik qoyan, lakin Azərbaycan üçün öhdəliklər qoymayan bir cümlə də yoxdur". Parlamentin Nazirlər Kabinetinin üzvləri ilə sual-cavab iclasında çıxışı zamanı baş nazir vəziyyəti düzgün qiymətləndirmək üçün beynəlxalq qaydaları yaxşı başa düşməyin vacibliyini vurğulayıb.