Papa Leo Qəzzadakı vəziyyəti "narahatedici və kədərli" adlandırıb
https://parstoday.ir/azeri/news/world-i11200-papa_leo_qəzzadakı_vəziyyəti_narahatedici_və_kədərli_adlandırıb
Dünya katoliklərinin lideri Roma Papası Leo Qəzzədəki vəziyyəti "narahatedici və kədərli" adlandırıb və çıxışında sionist rejimdən humanitar yardımların zolağa daxil olmasına icazə verməyə çağırıb.
(last modified 2025-05-25T12:07:32+00:00 )
May 21, 2025 17:34 Asia/Baku
  • Papa Leo Qəzzadakı vəziyyəti

Dünya katoliklərinin lideri Roma Papası Leo Qəzzədəki vəziyyəti "narahatedici və kədərli" adlandırıb və çıxışında sionist rejimdən humanitar yardımların zolağa daxil olmasına icazə verməyə çağırıb.

 

Bu sözləri Müqəddəs Pyotr meydanında həftəlik ümumi auditoriyası zamanı söyləyən Papa əlavə edib: "Mən ədalətli humanitar yardıma və uşaqlara, qocalara və xəstələrə dağıdıcı ziyan vuran münaqişəyə son qoymağa çağırışımı təkrar edirəm."Mərhum katolik lideri Papa Fransiskin ölümündən sonra mayın 8-də bu vəzifəyə seçilən Papa Leo, seçildiyi ilk həftələrdən Qəzzədə bir neçə dəfə vəziyyəti xatırladıb.Mayın 11-də verdiyi ilk bazar günü mesajında yeni Papa həmçinin dərhal atəşkəsə və HƏMAS tərəfindən saxlanılan bütün israilli məhbusların azad edilməsinə çağırıb.