Türkiyə hava məkanının İsrail rejimi tərəfindən pozulmasına qarşı hazırlıq vəziyyətindədir
https://parstoday.ir/azeri/news/world-i11600-türkiyə_hava_məkanının_İsrail_rejimi_tərəfindən_pozulmasına_qarşı_hazırlıq_vəziyyətindədir
Türkiyə hava məkanının İsrail rejimi tərəfindən pozulmasına qarşı hazırlıq vəziyyətindədir Sionist rejimin İrana hücumundan sonra Türkiyə Müdafiə Nazirliyi İsrail qırıcıları tərəfindən hava məkanının pozulmasına qarşı ölkənin hava məkanını qorumaq üçün hazır vəziyyətə gətirildiyini açıqlayıb.
(last modified 2025-06-21T08:58:22+00:00 )
İyun 20, 2025 12:47 Asia/Baku
  •  Türkiyə hava məkanının İsrail rejimi tərəfindən pozulmasına qarşı hazırlıq vəziyyətindədir

Türkiyə hava məkanının İsrail rejimi tərəfindən pozulmasına qarşı hazırlıq vəziyyətindədir Sionist rejimin İrana hücumundan sonra Türkiyə Müdafiə Nazirliyi İsrail qırıcıları tərəfindən hava məkanının pozulmasına qarşı ölkənin hava məkanını qorumaq üçün hazır vəziyyətə gətirildiyini açıqlayıb.

Türkiyə Müdafiə Nazirliyi bu gün (cümə axşamı) İsrailin İrana qarşı hava hücumlarına başlamasından sonra hava məkanını və quru sərhədlərini qorumaq üçün tədbirlərini artırdığını açıqlayıb.

Nazirliyin mənbələri mətbuat konfransında jurnalistlərə bildiriblər: "İranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün diplomatik danışıqlar davam edərkən, İsrail növbəti dəfə qlobal və regional sülhü təhlükə altına atdı və beynəlxalq qanunları pozaraq qonşumuz İrana hücum etdi".

Bu mənbələr İrana hücumun ilk günündə İsrail qırıcılarının Türkiyə hava məkanını pozması xəbərlərini yalan sayaraq, bütün hava hərəkətlərinin əvvəldən diqqətlə izləndiyini vurğulayıblar.

 Mənbələr əlavə edib ki, İsrail təyyarələrinin hava məkanını poza biləcəyi ehtimalı nəzərə alınaraq, Türkiyə təyyarələri hazır vəziyyət olmaq üçün havaya qalxaraq Türkiyə hava məkanında hava patruluna başlayıb.