ABŞ-ın İran əleyhinə sionistlərin təcavüzündə açıq əməkdaşlığı
(last modified Fri, 20 Jun 2025 10:47:46 GMT )
İyun 20, 2025 14:47 Asia/Baku
  • ABŞ-ın İran əleyhinə sionistlərin təcavüzündə açıq əməkdaşlığı

Sionist rejimin media orqanları bildiriblər ki, bu rejimin ordusu raketləri qarşılayan silah çatışmazlığı ilə üzləşib və İran İslam Respublikasının qəti və qanuni hərbi cavabına qarşı çox zəif vəziyyətdədir. Buna baxmayaraq, ABŞ İsrail rejiminə yeni silah yükləri göndərib.

İsrail Müharibə Nazirliyinin bəyanatına əsasən, ABŞ Müdafiə Nazirliyi İsrailə hava və dəniz yolu ilə hərbi avadanlıqların daşınmasına davam edir. Cümə axşamı yüklü təyyarələr işğal olunmuş torpaqlara enib və bu, ABŞ-ın sionist təcavüzkar ordusunun əməliyyat ehtiyaclarını təmin etmək üçün həyata keçirdiyi addımlardan biridir.