Fransa Ermənistanı silahlandırır
Paris Qafqazda sülhə imkan vermir
Fransa Ermənistanı kütləvi silahlandırmaq proqramını reallaşdırmağa çalışır.
Aran Radiosu Report.az-a istinad edərək bildiri ki,Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. bu günlərdə Fransa parlamentinin spikeri Jerar Larşe Makronun planına uyğun olaraq rəsmi Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub. Mediada yer alan xəbərlərdə göstərilir ki, Fransa artıq Ermənistana 50 ədəd zirehli döyüş texnikası göndərib.
Ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan da Fransada olub, aviasiya sərgisinin açılışında iştirak edib və Fransa müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.Görünən də odur ki, regionda sülh və sabitliyə mane olmağı hədəfləyən Fransa Prezidenti Emmanuel Makron hökuməti bu çirkin planını reallaşdırmaq üçün hər cür addımlar atmaqda davam edir.