Tramp: Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hücum etdik
https://parstoday.ir/azeri/news/world-i11666-tramp_fordo_nətənz_və_İsfahan_nüvə_obyektlərinə_hücum_etdik
ABŞ Prezidenti Donald Tramp, özünün sosial şəbəkəsi Truth Social-da Vaşinqtonun İranın nüvə obyektlərinə hücum etdiyini iddia etdi, amma hələ bu iddia heç bir yüksək səviyyəli İran rəsmisi tərəfindən təsdiq edilməyib.
(last modified 2025-06-24T10:19:02+00:00 )
İyun 22, 2025 13:57 Asia/Baku
  • Tramp: Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hücum etdik

ABŞ Prezidenti Donald Tramp, özünün sosial şəbəkəsi Truth Social-da Vaşinqtonun İranın nüvə obyektlərinə hücum etdiyini iddia etdi, amma hələ bu iddia heç bir yüksək səviyyəli İran rəsmisi tərəfindən təsdiq edilməyib.

 

ABŞ Prezidenti Donald Tramp şənbə gecəsi, yerli vaxtla Truth Social-da İsrail rejiminin İranla apardığı müharibəni dəstəklədiyini davam etdirərək yazıb: "Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Nətənz və İsfahan, çox uğurlu bir hücum etdik."ABŞ Prezidenti əlavə edib: "İndi bütün təyyarələr İranın hava sahəsindən çıxıb. Fordo nüvə obyektinə tam bir bomba yükü atıldı. Bütün təyyarələr sağlam şəkildə evə dönür. Böyük Amerika Silahlı Qüvvələrini təbrik edirik. Dünyada heç bir ordu bu işi bacara bilməz. İndi sülh vaxtıdır! Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm."Tramp, ABŞ-ın təyyarələri tərəfindən İranın üç nüvə obyektinin bombalanması ilə bağlı ilkin postunu yayımladıqdan bir müddət sonra, "Fordo məhv oldu" deyə əlavə bir post paylaşdı.