Moskva və Paris İranın nüvə hüququna hörmətin vacibliyini vurğulayıblar
https://parstoday.ir/azeri/news/world-i11818-moskva_və_paris_İranın_nüvə_hüququna_hörmətin_vacibliyini_vurğulayıblar
Kremlin bəyanatında deyilir: Putin və Makron bu telefon danışığında, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.
(last modified 2025-07-02T09:41:14+00:00 )
İyul 02, 2025 13:40 Asia/Baku
  • Moskva və Paris İranın nüvə hüququna hörmətin vacibliyini vurğulayıblar

Kremlin bəyanatında deyilir: Putin və Makron bu telefon danışığında, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Bəyanata əsasən, iki prezident İranın nüvə proqramı ilə bağlı böhranın, eləcə də Yaxın Şərqdəki digər münaqişələrin siyasi və diplomatik yollarla həll edilməsini dəstəkləyiblər.

Kreml bəyanatında əlavə edib: “Bu telefon söhbətində Putin uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayan Qərbin siyasətlərini tənqid edib və fransalı həmkarına xatırladıb ki, Ukraynada istənilən sülh sazişi hərtərəfli, uzunmüddətli və yeni ərazi reallıqlarına əsaslanmalıdır”.

Bununla bağlı Yelisey Sarayı da bir bəyanatda bildirib ki, Makron Putinlə telefon əlaqəsində Ukraynada mümkün qədər tez atəşkəsin yaradılmasına və münaqişənin həlli üçün Ukrayna ilə Rusiya arasında danışıqların başlanmasına çağırıb.