Rusiya Trampın İranın nüvə obyektlərinə dair yeni təhdidini pislədi
https://parstoday.ir/azeri/news/world-i12122
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın son açıqlamalarını qınayaraq bildirib ki, İrana qarşı daimi təhdidlər, o cümlədən bu ölkənin nüvə obyektlərinə yeni raket hücumları və bombardman planları ciddi narahatlıq doğurur.
(last modified 2025-08-02T10:08:29+00:00 )
İyul 30, 2025 18:08 Asia/Baku
  • Rusiya Trampın İranın nüvə obyektlərinə dair yeni təhdidini pislədi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın son açıqlamalarını qınayaraq bildirib ki, İrana qarşı daimi təhdidlər, o cümlədən bu ölkənin nüvə obyektlərinə yeni raket hücumları və bombardman planları ciddi narahatlıq doğurur.

 

 

Zaxarova çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib: “Bu kimi bəyanatlar, guya nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı saxta narahatlıqlar fonunda səsləndirilir.”

O əlavə edib: “Nüvə obyektlərinin bombardmanı beynəlxalq münasibətlərdə adi bir hala çevrilməməlidir.”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü xəbərdarlıq edərək bildirib: “Nüvə obyektlərinə hücum nə hüquqi, nə də mənəvi cəhətdən əsaslandırıla bilər və bu cür hücumların fəlakətli nəticələrini görməməzlikdən gəlmək olmaz.”