HƏMAS-ın yüksək səviyyəli üzvü: Netanyahu danışıqların uğursuzluğuna görə məsuliyyət daşıyır
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Mahmud Murdavi verdiyi açıqlamada vurğuladı ki, danışıqlar razılığa gəlməyin yeganə yoludur, lakin Benyamin Netanyahu dəfələrlə ciddi danışıqlara mane olan addımlar ataraq, aldatmağa və danışıqlarda ciddi öhdəliklərdən yayınmağa davam edir.
Murdavi bildirib ki, Netanyahunun kabinetindəki sağçıların müxalifəti səbəbindən hər iki tərəf üçün məqbul olan heç bir razılaşmanı irəli sürə bilmədiyi görünür, ona görə də aldatma və yalan yolunu tutmaq siyasətini davam etdirir.Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) daha əvvəl verdiyi açıqlamada İsrailin baş nazirinin danışıqların müxtəlif raundlarının qarşısını almağı özünə hobbi etdiyini açıqlamışdı.