“Moskva bu barədə Ermənistanla dialoqu davam etdirəcək”
https://parstoday.ir/azeri/news/world-i12600-moskva_bu_barədə_ermənistanla_dialoqu_davam_etdirəcək
Rusiya rəsmisi bildirib ki, Moskva kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyir.
(last modified 2025-09-13T11:40:03+00:00 )
Sen 13, 2025 15:38 Asia/Baku
  • “Moskva bu barədə Ermənistanla dialoqu davam etdirəcək”

Rusiya rəsmisi bildirib ki, Moskva kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyir.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: “Ermənistan Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir və Rusiya sərhədçiləri göstərilən marşrutun keçməsi planlaşdırılan ərazidə sərhədi qoruyur”.

Tramp marşrutu layihəsinə toxunan diplomat əlavə edib ki, bu marşrutun praktikada necə işləyəcəyi ilə bağlı yekun fikir yoxdur və Moskva detallarla tanış olduqdan sonra öz mövqeyini açıqlayacaq.