Dünya Güləş Federasiyası İranın revanşı ilə bağlı hesabat yayımlayıb
https://parstoday.ir/azeri/news/world-i12628-dünya_güləş_federasiyası_İranın_revanşı_ilə_bağlı_hesabat_yayımlayıb
Dünya Güləş Federasiyası, Rəhman Əmuzad Xəlilinin 65 kq çəki dərəcəsindəki çempionluğunu “sərt intiqam” adlandırdı.
(last modified 2025-09-20T14:08:38+00:00 )
Sen 18, 2025 08:15 Asia/Baku
  • Dünya Güləş Federasiyası İranın revanşı ilə bağlı hesabat yayımlayıb

Dünya Güləş Federasiyası, Rəhman Əmuzad Xəlilinin 65 kq çəki dərəcəsindəki çempionluğunu “sərt intiqam” adlandırdı.

Federasiyanın təqdim etdiyi hesabatda, İran güləşinin “qara pələngi”nin Zaqrebdəki güc nümayişinə toxunularaq yazılıb: Rəhman Əmuzad təkcə yaponiyalı Kotaro Kivkadan Olimpiya finalındakı məğlubiyyətin intiqamını almaqla kifayətlənmədi, həm də bunu inanılmaz bir şəkildə etdi. O, sərbəst güləş üzrə yarışların son günündə, Zaqreb Arenasında keçirilən finalda 65 kq çəki dərəcəsində rəqibini 10:0 hesabı ilə məğlub edərək çempion oldu.

Hesabatın davamında Əmuzadın müsahibəsinə də yer verilib: Mən həqiqətən çox çalışdım və bu an üçün demək olar ki, bir il gözlədim. Bu çempionluq mənim üçün böyük xoşbəxtlikdir. Mən həm fiziki, həm zehni, həm də taktiki baxımdan çox əziyyət çəkdim.