ABŞ və İranda baş verən iğtişaşlar- ABŞ-nin ikili standartları
Əl-Cəzirə saytı, ABŞ Prezidenti Donald Trampın İran və ABŞ-dəki etirazlara qarşı tutduğu mövqe haqda yazıb: Trampın ABŞ və İranda baş verən iğtişaşlar barədə tutduğu mövqe tamamilə fərqlidir. Bir tərəfdən İranda baş verən iğtişaşları dəstəkləyir, digər tərəfdən isə ABŞ daxilindəki etirazları qanunsuz hesab edir.
Əl-Cəzirə Məhəmməd əl-Mənşavinin yazdığı məqalədə, ABŞ prezidentinin ikili standartları haqda yazır: Tramp, bir tərəfdən İranın daxili işlərinə xüsusi diqqət yetirərək, iğtişaşları dəstəkləyir, digər tərəfdən isə ABŞ-dəkı daxili etirazları qanunsuz və onu törədənləri isə təxribatçı adlandırır.Tramp, həftə sonu Floridadan qayıdandan sonra, ABŞ-nin Minesota ştatında və İranda baş verən etirazlar barədə müsahibə zamanı, iki ölkədəki etirazçı və təhlükəsizlik orqanları haqda fərqli söhbət edib. O, ABŞ-dəki etirazları qanunsuz hesab edib və ABŞ polis qüvvələrinin etirazçılara qarşı vəhşiliklərindən himayət edib. Eyni zamanda İrandakı iğtişaşları isə insan hüquqlarının müdafiəsi və diktatorluq qarşısında mübarizə kimi qiymətləndirib.
Sayt davamında yazır: Tramp, İranlı iğtişaşçıları şücaətli və ləyaqətli hesab edərək dəstəkləyir, əksinə olaraq ABŞ-dəki haqlı etirazçıları isə, təxribatçı, iğtişaş salan kimi qələmə verərək qəbul edilməz hesab edir. Eləcə də Tramp, İrandakı terrorçulara dəstək verir və İran İslam Respublikasına xəbərdarlıq edir ki, əgər iğtişaşçılara qarşı güc tətbiq edilərsə Vaşinqton xalqı xilas etmək üçün müdaxilə edəcək. Eyni zamanda, ABŞ-də onların siyasətlərinə qarşı çıxan etirazçılara qarşı fərqli siyasət yürüdür.
Əl-Cəzirə Trampın etirazçılara qarşı yürütdüyü siyasətlər haqda yazır: ABŞ-nin böyük şəhərlərində mühacirlərə qarşı aparılan kampaniyada, Rena Qud adlı qadının öldürülməsi ABŞ-də siyasi patlayışya səbəb oldu. ABŞ hökuməti, bu qadını öldürən ABŞ mühacirət və gömrük idarəsinin əməkdaşına tam dəstək verdiyinə görə ölkənin əksər şəhərlərində etirazlar baş verdi. Minyapolisdə baş verən hadisə, ABŞ hökumətinin səhv siyasətləri, polis qüvvələrinin pis davranışları və mühacirət siyasətləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirdi.