Ermənistan KTMT-dən çıxmağı istisna etmir
(last modified Tue, 23 May 2023 10:44:36 GMT )
May 23, 2023 14:44 Asia/Baku
  • Ermənistan KTMT-dən çıxmağı istisna etmir

Ermənistan hökumətinin başçısı bildirib ki, KTMT-dən çıxma məsələsi hələ də İrəvanın gündəmindədir.

Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-yə üzvlüyünü dayandırması və ya dondurması ilə bağlı de-yure qərar verə bilər.“Lakin bu, yalnız o halda reallaşa bilər ki, biz Ermənistanın KTMT-dən çıxdığını elan edək. Yox əgər o qalıbsa, başqa nə etməliyik? Yəni, KTMT-nin üzvü kimi qalırıqsa, bu, digər ölkələrlə təhlükəsizlik məsələlərini müzakirə etməyə mane olacaq”, - deyə baş nazir vurğulayıb.Paşinyan əlavə edib ki, KTMT-yə üzvlük Ermənistanın digər ölkələrdən silah almaq imkanlarını əngəlləyib.