Trampın lovğalığı başına bəla oldu
https://parstoday.ir/azeri/news/world-i13838-trampın_lovğalığı_başına_bəla_oldu
Pedofil prezident hansı qələbədən danışır?
(last modified 2026-03-20T23:32:07+00:00 )
Mart 16, 2026 17:58 Asia/Baku
  • Trampın lovğalığı başına bəla oldu

Pedofil prezident hansı qələbədən danışır?

Fevralın sonunadək çoxları ABŞ prezidentindən qorxur, onun dediklərini ciddiyə alır və bəzi liderlər də Ağ Ev sahibindən dəstək və ya legitimlik almaq üçün ona əməlli - başlı yaltaqlanırdı. Lakin "Epşteyn Qəzəbi Əməliyyatı" Tramp Amerikası barədə olan təsəvvürləri tamamilə alt-üst elədi. Belə ki, müharibədən 17 gün (martın 16-dək) sonra onun proqnozları özünü doğrultmayıb və cılız bəyanatları ilə diqqət çəkməyə çalışan narsisist dövlət başçısının yardım xahişinə məhəl qoyan yoxdur; nə Yaponiya, nə Britaniya, nə İtaliya və nə də digər müttəfiqləri. Di gəl bu hərbi cinayətkar "qələbə eyforiyası"na qapılaraq Amerika xalqına toxtaqlıq verir. Amma onun cəfəng iddialarına kim inanır?! Tramp hətta öz ölkəsində də qınaq obyektinə çevrilib və xalq indi ona sual verir ki, niyə Amerikanın dövlət maraqlarını fırıldaqçı Netanyahunun yalanlarına qurban verdin? "Əvvəl Amerika" deyirdin, bəs niyə bu tezis öz yerini verdi "Əvvəl İsrail"ə? Trampın əlbəttə ki bu iradlara cavabı yoxdur və o hələ də "nailiyyətlər" qondarıb xalqın gözünə soxmaqla məşğuldur. Qəribə deyilmi? Nə isə ...Burada əlbəttə ABŞ-ın Don Kixotuna çevrilmiş Donald Trampın bəzi nailiyyətlərini sadalayırıq: Tramp Minabda bir qız məktəbini bombalatdırdı və 170 uşağı öldürdü.Fars Körfəzi ölkələrində bütün hərbi bazalarını itirdi. Bölgədəki radarları və HMS-ləri məhv oldu. Təl-Əviv xarabazara çevrilib. Hörmüz Boğazına nəzarət İranın əlindədir və ABŞ esminesləri oraya yaxınlaşa bilmir. Boğazı açmaq üçün Trampın müraciətlərinə hamı YOX deyir. Neftin qiyməti kəllə-çarxa çıxıb və Trampın yalan vədləri bazarı sakitləşdirmir. Bu vaxtadək ABŞ-a güvənən ərəb ölkələrinin Trampa olan ümidləri məhv olub. ABŞ super gücdən faktiki olaraq regional gücə tənəzzül edib. Amerikanın düşmən saydığı Rusiya varlanır. * Nəhayət ABŞ-ın prestiji dağılmaqdadır.