Dünyanın müxtəlif şəhərlərində müharibə əleyhinə etirazlar
ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzünün başlanmasından təxminən üç həftə sonra dünyanın müxtəlif şəhərlərində müharibənin davam etməsinə qarşı etiraz aksiyaları və müharibənin dayandırılması tələbi ilə nümayişlər keçirilir.
Yaponiyanın paytaxtı Tokioda keçirilən müharibə əleyhinə aksiyada bir qadın, Yaponiyanın baş naziri Sanae Takaiçinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün səfəri ərəfəsində üzərində “Müharibəyə yox” yazılmış plakat qaldırıb.
Yunanıstanın Afina şəhərində etirazçılar 12 martda ABŞ səfirliyinə doğru keçirilən müharibə əleyhinə yürüş zamanı İrana qarşı hərbi təcavüzə və Şərqi Aralıq dənizində hərbi yerləşdirməyə etiraz ediblər.
İspaniyanın Malaqa şəhərində də insanlar 7 martda plakatlarla nümayiş keçirərək ABŞ və İsrailin İranla toqquşması fonunda düşmənçiliklərin dayandırılmasını tələb ediblər.