Trampın reytinqi ən aşağı səviyəyə düşdü
Economist/YouGov jurnalının yeni sorğusuna görə, ABŞ prezidenti Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb və hər üç amerikalıdan yalnız biri onun fəaliyyətini bəyənib.
Çərşənbə axşamı açıqlanan sorğu göstərir ki, amerikalıların yalnız 33 faizi Trampın iş fəaliyyətini bəyənir ki, bu da əvvəlki həftə ilə müqayisədə üç faiz azdır. YouGov sorğularına görə, bu, Trampın 2025-ci ildə hakimiyyətə qayıtmasından bəri ən aşağı bəyənmə reytinqidir.
Trampın reytinqi aşağı düşməyə davam etdikcə, amerikalıların əksəriyyəti (60%) prezidenti "dürüst və etibarlı" hesab etmir. Son sorğuya görə, respondentlərin 65%-i ölkənin səhv istiqamətdə getdiyini bildirib ki, bu da iyulun sonlarında keçirilən sorğudan 2 faiz çoxdur.