Merşaymer: Amerikanın İranın tələblərinə tabe olmaqdan başqa çarəsi yoxdur
https://parstoday.ir/azeri/news/world-i14040-merşaymer_amerikanın_İranın_tələblərinə_tabe_olmaqdan_başqa_çarəsi_yoxdur
Beynəlxalq münasibətlər üzrə amerikalı nəzəriyyəçi Con Merşaymer Hörmüz boğazını açmağın yeganə yolunu ABŞ-ın İranın tələblərini qəbul etməsi hesab edir.
(last modified 2026-08-19T09:25:16+00:00 )
Avq 19, 2026 12:53 Asia/Baku
  • Merşaymer: Amerikanın İranın tələblərinə tabe olmaqdan başqa çarəsi yoxdur

Beynəlxalq münasibətlər üzrə amerikalı nəzəriyyəçi Con Merşaymer Hörmüz boğazını açmağın yeganə yolunu ABŞ-ın İranın tələblərini qəbul etməsi hesab edir.

Amerikalı beynəlxalq münasibətlər nəzəriyyəçisi və Çikaqo Universitetinin siyasi elmlər professoru Con Merşaymer deyib: ABŞ-ın İranla münaqişədə məhdud bir qələbəyə necə nail ola biləcəyini anlamaq çətindir. Əgər Vaşinqton boğazı açmağa və iqtisadi fəlakətin qarşısını almağa ümid edirsə, İranın demək olar ki, bütün tələblərinə güzəştə getməkdən başqa çarəsi yoxdur.

Universitet professoru xatırladı: İrana qarşı müharibənin əvvəlində ABŞ-ın dörd əsas məqsədi var idi (rejim dəyişikliyi, zənginləşdirmə potensialına son qoymaq, raket potensialını ləğv etmək və İranın müqavimət qruplarına dəstəyini dayandırmaq), lakin bunlardan heç birinə nail olmayıb və onları reallaşdırmaq şansı da yoxdur.

Con Merşaymer vurğulayıb: ABŞ-ın hərbi seçimi yoxdur və gərginliyin artması amerikalılar üçün fəlakətli olardı. Əksinə, iranlılar hərbi seçimlərinin olduğuna və tənlikləri dəyişdirə biləcəklərinə inanırlar.