Kiyev və Qərbin Rusiyanı 40 günə məğlub etmək planı avantüradır
https://parstoday.ir/azeri/news/world-i14100-kiyev_və_qərbin_rusiyanı_40_günə_məğlub_etmək_planı_avantüradır
"Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələr ölkədəki hərbi-sənaye müəssisələrinin silahları təkmilləşdirmək imkanlarını məhdudlaşdırır. Bu zərbələr döyüş əməliyyatlarının gedişinə birbaşa və müsbət təsir göstərir"
(last modified 2026-08-23T14:37:31+00:00 )
Avq 23, 2026 18:35 Asia/Baku
  • Kiyev və Qərbin Rusiyanı 40 günə məğlub etmək planı avantüradır

"Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələr ölkədəki hərbi-sənaye müəssisələrinin silahları təkmilləşdirmək imkanlarını məhdudlaşdırır. Bu zərbələr döyüş əməliyyatlarının gedişinə birbaşa və müsbət təsir göstərir"

pars today xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə müsahibəsi zamanı bildirib.

Putin qeyd edib ki, Kiyev rejimi və onun himayədarları Rusiya üzərində heç bir üstünlük əldə etməyib və heç vaxt əldə etməyəcək.

Rusiya lideri Kiyevin və Qərbin kuratorlarının 40 gün ərzində Rusiyaya məğlubiyyət yaşatmaq cəhdini növbəti avantüra adlandırıb: "Rəqiblər çoxdan Rusiyanı parçalanma həddinə çatdırmaq arzusundadır və bu məqsəddən daim danışırlar. Ukrayna iqtisadiyyatı, o cümlədən ölkənin kənd təsərrüfatı son dərəcə ağır vəziyyətdədir. Ukrayna rusiyalıları qorxutmağa və seçkiləri pozmağa çalışır, Rusiya buna imkan verməyəcək".