Ermənistan KTMT-dən xaric edilsə, bundan məmnun olar
https://parstoday.ir/azeri/news/world-i14120-ermənistan_ktmt_dən_xaric_edilsə_bundan_məmnun_olar
Əgər təşkilat Ermənistanı xaric etsə, mən bundan çox məmnun olaram. Hər halda, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək
(last modified 2026-08-25T05:21:16+00:00 )
Avq 25, 2026 09:19 Asia/Baku
  • Ermənistan KTMT-dən xaric edilsə, bundan məmnun olar

Əgər təşkilat Ermənistanı xaric etsə, mən bundan çox məmnun olaram. Hər halda, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini aktivləşdirmək niyyətində deyil.

Paşinyanın sözlərinə görə, təşkilat daxilində Ermənistanın mümkün xaric edilməsi məsələsi müzakirə olunur.

“Əgər təşkilat Ermənistanı xaric etsə, mən bundan çox məmnun olaram. Hər halda, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan həmçinin qeyd edib ki, İrəvan KTMT-də tamhüquqlu iştirakını bərpa etmək üçün addımlar atmağı planlaşdırmır.

Ermənistan 2024-cü ildə Rusiya və KTMT-nin digər üzvləri ilə münasibətlərin kəskin pisləşməsi fonunda təşkilatdakı iştirakını faktiki olaraq dondurub